İRNA-nın xarici siyasət bölməsinin məlumatına əsasən, XİN-in mətbuat katibi Nasir Kənani Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələri və Rusiyanın üç İran adası ilə bağlı birgə bəyanatının məzmununu qəbuledilməz adlandıraraq deyib: “Bu adalar əbədi olaraq İrana məxsusdur və bu cür bəyanatların verilməsi İran və onun qonşuları arasında dostluq münasibətlərinə ziddir.”
Kənani qeyd edib ki, İran İslam Respublikası mehriban qonşuluq və qarşılıqlı hörmət siyasətinin davam etdirilməsini vurğulayaraq, regionun inkişafı və sabitliyini bölgə ölkələrinin kollektiv məsuliyyəti hesab edir.
Qeyd edək ki, dünən, bazar ertəsi Moskvada Omanın xarici işlər naziri və həmçinin Əməkdaşlıq Şurasının baş katibinin iştirakı ilə Rusiya ilə Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələri arasında strateji dialoq görüşü keçirilib.
Bu görüşdən sonra Fars Körfəzi Əməkdaşlıq Şurası və #Rusiya birgə bəyanat yayıb. Bu bəyanatın bir hissəsində İranın üç adası ilə bağlı təkrar iddialar bir daha gündəmə gətirilib.
Sizin rəyiniz